Moskvada Rusiya Dövlət Humanitar Universitetində “MDB məkanında elm və təhsil sahəsində humanitar əməkdaşlığın vəziyyəti və perspektivləri” mövzusunda beynəlxalq forum keçirilib.
Forumda ölkəmizi təmsil edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova mövzu ilə bağlı çıxış edib.
N.Əhmədova məruzəsində müasir şəraitdə humanitar məsələlərin müzakirəsinin vacibliyini vurğulayaraq bildirib ki, Azərbaycan Respublikası bu sahəyə böyük önəm verən ölkələrdən biridir. Humanitar əməkdaşlıq məsələsi tədqiqatçıların və ekspertlərin əsərlərində getdikcə daha mühüm yer tutur və müxtəlif forum və konfransların mövzusuna çevrilir. Çünki inteqrasiyanın uğuru daha çox insan kapitalının inkişafından, təhsilin və elmin tərəqqisindən, müxtəlif ölkələrin peşəkar icmaları arasında əlaqələrin möhkəmlənməsindən asılıdır. Bu gün dövlətlərarası dialoqun gücləndirilməsi yolunda beynəlxalq intellektual əməkdaşlığa böyük ehtiyac var.
Forumda MDB ölkələrinin humanitar universitetlərinin rektorları, institut direktorları, həmçinin ali məktəblərin humanitar fakültələrinin dekanlarının 50-dən çox məruzəsi dinlənilib.
Məruzələrdən sonra müzakirələr aparılıb, MDB məkanında elm və təhsil sahəsində humanitar əməkdaşlığın perspektivlərinə dair memorandum layihəsi təsdiqlənib.
Tehsil-press.az