Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) ilə birgə “Elmdə və təhsildə innovativ texnologiyalar” mövzusunda VII beynəlxalq konqresin açılış mərasimi olub.
Əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konqresə Azərbaycan, Türkiyə, Gürcüstan, Albaniya, Nigeriya, Mərakeş, Hindistan, Moldova, Vyetnam, Portuqaliya və digər ölkələrdən olan tədqiqatçılardan ümumilikdə 100-ə yaxın tezis qəbul olunub.
Hibrid formatda təşkil olunan tədbirdə çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov Ulu Öndər Heydər Əliyevin elm və təhsil sahəsinə daim xüsusi önəm verdiyini, türk dövlətləri arasında bu sahədə əlaqələrin genişləndirilməsinə böyük diqqət göstərdiyini vurğulayıb. O, beynəlxalq konqresin əhəmiyyətindən danışıb.
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovanın “Heydər Əliyevin dil siyasəti”, sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayevin “ADPU-nun pedaqoji kadr hazırlığında rolu” mövzularında çıxışları dinlənilib.
Elmi-Tədqiqat Mərkəzinin müdiri dosent Ərəstun Mehdiyev son dövrlərdə ADPU-nun tədqiqatçılarının xarici ölkələrin, xüsusən Türkiyənin elmi-tədqiqat strukturları və ali təhsil müəssisələrində araşdırmalar apardıqlarını söyləyib.
Gürcüstan nümayəndə heyətinin rəhbəri, Tbilisi Dövlət Tibb Universitetinin Elmi-Tədqiqat və Bacarıqlar Mərkəzinin direktoru professor Luiza Gabunia cəmiyyətin inkişafında elmin, təhsilin mühüm rolundan bəhs edib.
İki gün davam edəcək konqresin materiallarına sosial və humanitar elmlər, tibb elmləri, riyaziyyat, texniki elmlər, həmçinin fənlərin təlim və tədrisi ilə bağlı alim və tədqiqatçıların akademik araşdırmaları daxil edilib.
Konqresə təqdim olunan məruzə və tezislərin toplusu nəşr olunacaq.
Tehsil-press.az