Noyabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Rusiya Dövlət Humanitar Universiteti (RDHU) ilə birgə “1917-1920-ci illərin mühacirəti: öyrənilməsinin və tədrisinin müasir meyilləri” mövzusunda beynəlxalq elmi-praktik seminar keçirib. Qeyd edək ki, beynəlxalq seminar “Vətən tarixi” Fondunun dəstəyi ilə “Rusiya mühacirətinin birinci dalğası Avropa ölkələrinin və xalqlarının tarix və mədəniyyətində” layihəsi çərçivəsində gerçəkləşib. Seminarda ADPU-nun rəhbərliyi, tanınmış diplomat və ictimai xadim Ramiz Abutalıbov, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsinin Yaxın xarici ölkələr tarixi kafedrasının dosenti İsmayıl Ağakişiyev, RDHU-nun Postsovet və Regionlararası Tədqiqatları İnstitutunun Postsovet xarici ölkələri kafedrasının dosentləri Aleksandr Quşin, Aleksandr Levçenkov, İrina Xanova, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və ali təhsil müəssisələrinin alim-mütəxəssisləri, Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri iştirak ediblər.
Seminarı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. ADPU-nun uğurları haqqında məlumat verən rektor qeyd edib ki, bu il 566 nəfər gənc 500-dən yüksək bal toplayaraq ali təhsil almaq üçün ADPU-nu seçib. Bu, əvvəlki illərlə müqayisədə çox yüksək göstəricidir. 100 illik yubileyini qeyd etməyə hazırlaşan universitet ölkəmizin aparıcı ali təhsil müəssisələrindən biridir. ADPU-nun inkişaf etməsi üçün beynəlxalq əlaqələrin genişləndirilməsi olduqca vacibdir. ADPU bu istiqamətdə müxtəlif tədbirlər, layihələr həyata keçirir. RDHU ilə birgə keçirilən beynəlxalq elmi-praktik seminar bu baxımdan təqdirəlayiqdir. Rektor çıxışının sonunda seminar iştirakçılarına uğurlar arzulayıb.
Seminarda çıxış edən dosentlər Aleksandr Levçenkov, İrina Xanova belə beynəlxalq elmi-praktik seminarların xalqların bir-birinin tarixini, mədəniyyətini yaxından öyrənmələrinə kömək etdiyini bildiriblər. Çıxışlarda qeyd edilib ki, tarix elmində mübahisəli məsələlər mövcuddur. Müasir Rusiya tarixşünaslığında bu mübahisəli məsələlərin aydınlaşdırılmasına xüsusi diqqət yetirilir. Belə məsələlərdən biri də mühacirət mövzusudur. Biz xarici ölkələrdə, o cümlədən Azərbaycanda mühacirət mövzusunun araşdırılmasında, öyrənilməsində, əldə edilmiş məlumatların paylaşılmasında, Rusiyanın ali təhsil müəssisələrində tələbə-gənclərə çatdırılmasında, onların bu sahə ilə bağlı bilik və təəssüratlarının artırılmasında maraqlıyıq. Çıxış edənlər seminarın keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər və universitetin kollektivinə uğurlar arzulayıblar.
Diplomat, ictimai xadim Ramiz Abutalıbov çıxışında Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin mühacirət fəaliyyətləri barədə ətraflı və dolğun məlumat verib. Onun çıxışında Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin, o cümlədən
Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Ceyhun Hacıbəylinin və digərlərinin müxtəlif təşkilatlar yaradaraq apardıqları mübarizə konkret elmi-tarixi faktlarla əsaslandırılıb.
Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov, dosentlər Naibə Əhmədova, İradə Qasımova, Nahidə Hacinskaya, Sevinc Əliyeva, Şəlalə Həsənova, Əzizə Nəzərli, Aypara Rüstəmova mühacirət mövzusunun öyrənilməsinin ictimai-siyasi fikrin zənginləşməsinə xidmət etdiyini bildiriblər. Onlar beynəlxalq elmi-praktik seminarın aktual mövzuya həsr olunduğunu qeyd edərək bu sahədə birgə əməkdaşlıq etməyin vacibliyini vurğulayıblar.
Seminarda Avrasiya məkanında 1917-1918-ci illərin inqilabi hadisələri nəticəsində baş vermiş 1917-1920-ci illərin mühacirəti, müasir cəmiyyət və 1917-1920-ci illərin mühacirəti haqqında tarixi yaddaş, mühacirət mövzusunun Rusiyanın və Azərbaycanın ali təhsil müəssisələrində öyrənilməsinin və tədrisinin aktual məsələləri, 1917-1920-ci illərin mühacirətinin tarixi və tarixi siyasət məsələləri barədə maraqlı müzakirələr aparılıb, dəyərli fikirlər səsləndirilib.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi