Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin alimlərinin IV forumunda Azərbaycanı AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova təmsil edib. O, beynəlxalq forumda “Azərbaycanda informasiya cəmiyyətinin inkişafı, mövcud vəziyyəti və problemləri” mövzusunda məruzə ilə çıxış edib.
Forumun əsas məqsədi Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlər arasında elmi-texniki və humanitar əməkdaşlığın intensivləşdirilməsinə, elmi mühitin formalaşması və genişlənməsinə kömək etmək, fundamental elmin vəziyyətini və inkişaf perspektivlərini təhlil etmək, eləcə də elmi tədqiqatların aparılması yolları ilə bağlı fikir mübadiləsi aparmaq idi. Rəqəmsal dövrdə perspektivli innovativ elmi tədqiqatları həyata keçirmək, eləcə də MDB ölkələrində elm və təhsil sahəsində rəqəmsallaşma prosesini təkmilləşdirmək də tədbirin əsas hədəflərindən olub.
Tədbir Qırğız Respublikası Milli Elmlər Akademiyasının təşkilatçılığı və Dövlətlərarası Fondun dəstəyi ilə keçirilib.
Tehsil-press.az