Çində baş verən zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb

Çində baş verən zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Rayonunun Aksu prefekturasının Uşi rayonunda, ölkənin Qazaxıstan və Qırğızıstanla sərhədinə yaxın ərazidə baş verən 7,1 maqnitudalı zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb.
Zəlzələnin episentri 20 kilometr radiusundakı 5 kənddə yeraltı təkanlar nəticəsində bir neçə fərdi evə və tikiliyə ziyan dəyib. Hadisə yerinə gələn xilasedicilər və polislər əlacsız qalan sakinləri təxliyə ediblər. Uşi rayonuna min çadır, 5 min çarpayı, isti geyimlər və digər lazımi ləvazimatlar göndərilib.
Zəlzələ ilə əlaqədar bölgədə dəmir yolu ilə sərnişin daşınmasına fasilə verilib və xətlər yoxlanılıb. Bəzi yaşayış məntəqlərinin elektrik enerjisi ilə təchizatında qısa fasilələr yaransa da, artıq tam bərpa olunub.
Çinin Seysmologiya Mərkəzinin məlumatına əsasən, zəlzələ Urumçi, Hotan və Qaşğar şəhərlərində də hiss olunub. Bölgədə ən böyüyü 5,3 maqnitudalı olmaqla bir neçə afterşok qeydə alınıb.
Qeyd edək ki, yerli vaxtla yanvarın 23-də gecə saat 2:09-da Aksu prefekturasının Uşi rayonu ərazisində 7,1 bal gücündə zəlzələ baş verib. Zəlzələ qonşu Qazaxıstan və Qırğızıstanda da hiss olunub.

Tehsil-press.az



Oxşar xəbərlər