Çində güclü zəlzələdə 118 nəfər öldü

Çində güclü zəlzələdə 118 nəfər öldü Çində 6,2 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 3 milyon insanın yaşadığı Lançjou şəhərindən (Qansu əyaləti) 101 km cənub-qərbdə yerləşib.
Yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb.
***
Qansu əyalətində baş verən zəlzələ nəticəsində 8 nəfərin öldüyü bildirilir.
***
Güclü zəlzələ nəticəsində ölənlərin sayı 86 nəfərə çatıb.
Bildirilib ki, 100-ə yaxın insan xəsarət alıb. Təbii fəlakətin təsiri bir neçə qonşu əyalətdə də hiss olunub.
***
Ölənlərin sayı 111, yaralıların sayı isə 236 nəfərə yüksəlib.
Bildirilib ki, hadisə nəticəsində ölənlərin sayının artacağı istisna edilmir.
***
Zəlzələ nəticəsində ölənlərin sayı 116 nəfərə çatıb.
***
Zəlzələ nəticəsində ölənlərin sayı 118 nəfərə çatıb.

Tehsil-press.az



Oxşar xəbərlər