"Ermənistanın müdafiə naziri Seyran Ohanyanın cəbhədəki son hadisələrlə bağlı gecikmiş təhliləbənzər etirafı məğlubiyyətə uğramış "sərkərdə"nin özünü təmizə çıxarmaq istiqamətində növbəti uğursuz addımıdır". Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, S.Ohanyanın açıqlamaları real hadisələri və vəziyyəti əks etdirməyərək, hələ keçən əsrdə hazırlanmış döyüş nizamnamələrindən köçürülmüş şablon cümlələrdən ibarətdir: "Belə ki, əgər ermənilər döyüş ehtiyatlarından istifadə etmədiklərini, tankçılarının "məharət və şücaətlə" döyüşdüklərini iddia edirlərsə, bəs müdafiənin dərinliyindən köməyə cəlb edilərək kolonlarla hərəkət edən ermənilərin 30-dək döyüş tankının və onlarla artilleriya qurğusunun məhv edilməsinin etirafını sadalamağı niyə unudur? Bir neçə gün bundan əvvəl erməni tərəfi iddia edirdi ki, Azərbaycan dörd hərbi birləşmənin iştirakı ilə irimiqyaslı hücuma keçib. İndi isə S.Ohanyan bu məsələni unudaraq döyüşlərin taqım səviyyəsində aparılmasını öz xalqına sırımağa çalışır".
Bildirilir ki, S.Ohanyanın guya erməni ordusunun arsenalında olan hansısa daha güclü silahlar barədə absurd fikirləri isə heç bir məntiqə sığmır: "Sual olunur, əgər bu silahlar mövcuddursa, həmin silahların tətbiq edilməsində kim ona mane olurdu? Biz əminik ki, əgər belə bir silah olsaydı heç şübhəsiz, erməni işğalçıları onu tətbiq edərdi. Bəlkə S.Ohanyan hələ keçmiş sovetlər dövründən Ermənistan ərazisindəki hərbi bazalarda qalan və yaxud "erməni ustalar"ın əldəqayırma üsulla hazırladıqları kimyəvi silahları nəzərdə tutur? Belə olan halda düşmən unutmasın ki, əgər təxribat törədərək bu silahdan istifadə edərsə, yaxud atəşkəsi təkrar pozarsa, mülki əhalinin təhlükəsizliyinə təhdid edərsə, o halda veriləcək cavabımız daha dəqiq, daha qətiyyətli və sərt olacaq.
Digər bir məsələ, Ohanyanın iddiasına görə onlarda böyük səfərbərlik ehtiyatlarının, könüllülərin və güclü döyüşkən ordunun olmasıdır ki, bu da elə ilk gündən iflasa uğradı. Aclıqdan, səfalətdən, heç bir təminatı olmayan, hətta pensiya belə almayan "bir qarın yemək xətrinə toplaşan könüllülərin", mülki əhalinin qətlində əli qana bulaşmış səfil cəlladların və zorla səngərlərə yerləşdirilən qocaların da sayını nəzərə alsalar, bəlkə onda Ermənistanın səfərbərlik ehtiyatları olduğunu iddia edə bilərlər".
Sorğuya cavabda deyilir ki, S.Ohanyanın Ermənistan ordusunu Silahlı Qüvvələrimizlə müqayisə etməsi də onun xülyası və yerinə yetməsi mümkün olmayan arzusudur. Azərbaycan Ordusunun hərbi qüdrəti, silahının gücü artıq reallıqdır, danılmaz faktdır və son hadisələr buna əyani sübutdur: "O ki, qaldı Ohanyanın cəbhə xəttindəki mövqelər barədə iddialarına, erməni tərəfinin təxribatları səbəbindən baş verən döyüş əməliyyatları zamanı bölmələrimizin qarşısına qoyulan tapşırıq cəbhəboyu zonada yerləşən əhalinin təhlükəsizliyini təmin etmək idi. Həmin yaşayış məntəqələri ətrafındakı vacib yüksəklikləri nəzarətə götürən ordumuz qarşıya qoyulan bu tapşırığı uğurla yerinə yetirdi".
Qeyd olunur ki, erməni hərbi birləşmələrinin yüksək səviyyədə idarə olunması və kəşfiyyatının təşkili barədə iddialar da gülüncdür: "Onların tərif etdikləri idarəetmə sistemi elə ilk gündən nə dərəcədə primitiv vəziyyətdə olduğunun, ordunun isə Azərbaycan hərbi bölmələrinin elə ilk zərbələrindən iflic vəziyyətə düşdüyünün sahidi olduq. Hərbi əməliyyatlar göstərdi ki, erməni silahlı birləsmələrinin təminatı, təhcizatı, əlavə qüvvələrin cəlb edilməsi işi necə xaotik və idarəolunmazdır, bölmələr nə qədər özbaşınadır. Hadisələr erməni hərbçilərinin nə qədər acınacaqlı vəziyyətdə olduğunu bir daha göstərdi. Pafoslu danışıqlar, boş xülyalar, utopik açıqlamalardan eyforiyaya düşən erməni hərbi-siyasi rəhbərliyinin iddiasının əksinə olaraq, bölmələrimizin zərbələri o qədər gözlənilməz oldu ki, nəinki mövqelərini, hətta onların qalib olmaları barədə eyforik təsəvvürlərini belə darmadağın etdi. Çünki elə əks-həmlə əməliyyatı zamanı tərəfimizdən düşmənin qüvvələrinə qarşı təşkil olunan elektron mübarizə tədbirləri, PUA-lar vasitəsilə döyüş meydanının, eləcə də düşmənin ön möqelərinin və müdafiəsinin dərinliyinin izlənilərək nəzarətdə saxlanılması və ona endirilən zərbələr o qədər dağıdıcı oldu ki, qarşı tərəf yalnız iki gün sonra cavab verməyə imkan tapdı. Bu da yalnız onların bütün dünyaya yalvarışlarından sonra, vasitəçilərin döyüş əməliyyatlarının dayandırılmasına dair təkidli xahişləri nəticəsində yaranan sakitlikdən sonra mümkün oldu".
Müdafiə Nazirliyi bildirir ki, xalqla ordunun birliyi, ölkə rəhbərliyinin diqqəti, qayğısı, həmçinin rəşadət və qəhrəmanlıq hesabına Azərbaycan əsgəri düşməni əzdi və qaçmağa məcbur etdi: "Azərbaycan Silahlı Qüvvələri azad etdikləri bütün yüksəklikləri hazırda nəzarətdə saxlayır, möhkəmləndirir və düşmənin dərinlikdə olan hərbi obyektlərini daim hədəfdə saxlayaraq istənilən an onlara zərbə endirməyə hazırdır. Məhz elə bu fakt erməni tərəfini qorxu və vahimə içərisində saxlayır".
tehsil-press.az