“NATO-ya üzvlüklə bağlı Macarıstanla danışığa girməyəcəyik”

“NATO-ya üzvlüklə bağlı Macarıstanla danışığa girməyəcəyik” “İsveç Macarıstanla NATO-ya üzvlüklə bağlı danışıqlar aparmayacaq”.
Bunu İsveçin Baş naziri Ulf Kristerson yerli televiziya kanalı TV4-ə müsahibəsində bildirib.
“Budapeştə getdiyim üçün xoşbəxtəm. NATO-ya üzvlüklə bağlı danışıqlar aparmırıq, bu mövzuda heç bir danışıqlara getməyəcəyik. Biz yalnız NATO-da əməkdaşlıq etmək barəsində danışa bilərik”.
Baş nazir gələn həftə Avropa Şurasında macar həmkarı Viktor Orbanla görüşəcəyini deyib.
Budapeştə səfərlə bağlı suala isə belə cavab verib:
“Bunun üçün bir tarix müəyyən etmək lazımdır, belə işlər tələsik alınmır. Düşünürəm ki, Orbanın da cədvəli, mənimki kimi, olduqca doludur”.

Tehsil-press.az


Oxşar xəbərlər