Ukrayna Rusiyaya “sülh sammiti”ndə iştirak etməyə icazə verib

Ukrayna Rusiyaya “sülh sammiti”ndə iştirak etməyə icazə verib Ukrayna Rusiya nümayəndələrinə ikinci qlobal “sülh sammiti”ndə iştirak etməyə icazə verib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak danışıb.
Onun sözlərinə görə, Kiyev belə bir ehtimalı nəzərdən keçirməyə hazırdır, lakin bundan əvvəl “baş plan” yaratmaq lazımdır.
“Biz hamını eşitməyə hazırıq. Bizim masa arxasında təkcə NATO ölkələrindən, Aİ-dən deyil, həm də Qlobal Cənub ölkələrindən olan tərəfdaşlarımız var”, - o qeyd edib.

Tehsil-press.az



Oxşar xəbərlər