Boqdanın istefa səbəbi açıqlandı

Boqdanın istefa səbəbi açıqlandı Andrey Boqdanın Ukrayna Prezidenti Ofisinin rəhbəri vəzifəsindən istefa verməsinin səbəbi açıqlanıb. “Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən bildirir ki, buna səbəb ölkə Prezidenti Vladimir Zelenskinin onu özü ilə İtaliya səfərinə götürməməsi olub.
Mənbələrin sözlərinə görə, bu, “son hədd” olub. İtaliyada Prezident Zelenski Roma Papası ilə görüşüb, səfər boyu onu köməkçisi Andrey Yermak və DİN rəhbəri Arsen Avakov müşayiət edib, hansılarla ki, Boqdan xoş münasibətdə deyil.
“Andrey Lvovdan olan yunan katolikidir. Və onu Vatikana ezamiyyətə aparmayıblar. Burada artıq şəxsi inciklik yaranıb, bundan sonra, bazar ertəsi o, Prezidentlə söhbət etməyə gedib”, - nəşrin həmsöhbəti hadisələr barədə danışıb.

Tehsil-press.az

Oxşar xəbərlər