“Ronaldo tarixin ən yaxşısıdır” - Fernando Santoş

“Ronaldo tarixin ən yaxşısıdır” - Fernando Santoş “Ona futboldan daha böyük sevgim var idi, indi də elədir. Kriştianu Ronaldo bütün zamanların ən yaxşı oyunçusudur”.
Bu sözləri "Beşiktaş"ın baş məşqçisi Fernando Santos Səudiyyə Ərəbistanı mətbuatına açıqlamasında bildirib.
Portuqaliyalı baş məşqçi açıqlamasında millidə olan zaman Ronaldo ilə münasibətininin yaxşı olmaması barədə yayılan xəbərlərə aydınlıq gətirib: “Bu barədə əvvəllər də danışmışam. Başa düşürəm ki, Kriştianu ehtiyat oyunçular skamyasında oturmaqdan məmnun deyildi, amma o, komandaya qarşı mükəmməl münasibət nümayiş etdirirdi. Biz 1/4 finalda qalib gəlsəydik, Ronaldo yəqin ki, start “11-liy”ə qayıdacaqdı. Bu taktiki qərar mənim üçün də çətin idi”.
F.Santos dünyanın ən yaxşı futbolçusunun da məhz Kriştianu Ronaldo olduğunu deyib: “O, Portuqaliyaya iki kubok qazandırıb. Buna görə də Ronaldonu çalışdırmaqdan və qələbə qazanmaqdan həzz almışam. Bunlar unudulmaz anlardır ki, hamımızın yaddaşında əbədi qalacaq”.

Tehsil-press.az



Oxşar xəbərlər