Tacikistanda yeni bayram - Prezident günü təsis olundu

Tacikistanda yeni bayram - Prezident günü təsis olundu Tacikistan parlamentinin aşağı palatasının deputatları respublikada yeni bayram təsis ediblər. Bundan sonra hər il noyabrın 16-da Prezident günü qeyd ediləcək. Bu barədə aprelin 15-də “Aziya-Plyus” məlumat yayıb.

Palatanın spikeri Şükürcan Zuhurov qeyd edib ki, bu tarixin seçilməsinin səbəbi hazırkı prezident Emomali Rahmon 1994-cü ilin məhz həmin günündə ən yükdək dövlət postuna seçildikdən sonra vətənə və xalq sədaqət andı içib.
Zuhurov vurğulayıb ki, bu tarixin seşilməsi “həmin tarixi günə” hörmət əlamətidir. Aşağı palatanın spikerinin sözlərinə görə, belə bayram dünyanın digər ölkələrində mövcuddur.

tehsil-press.az

Oxşar xəbərlər