“Müharibəni bu şərtlə bir neçə həftəyə dayandırmaq olar”

“Müharibəni bu şərtlə bir neçə həftəyə dayandırmaq olar” “ABŞ Ukraynaya silah göndərməyi dayandırsa, münaqişəni bir neçə həftə ərzində dayandırmaq olar”.
Bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində Ukraynadakı münaqişənin tez bir zamanda həlli yollarından danışarkən deyib.
“ABŞ rəhbərliyinin diqqətinə çatdırırıq: əgər hərbi əməliyyatları həqiqətən də dayandırmaq istəyirsinizsə, silah göndərilməsinə son qoymalısınız. Belə olduğu halda, hər şey bir neçə həftə ərzində başa çatacaq”, - deyə Rusiya lideri qeyd edib.
O bildirib ki, bundan sonra Kiyevlə sülh sazişinin şərtlərini müzakirə etməyə başlamaq mümkün olacaq.

Tehsil-press.az


Oxşar xəbərlər