Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciət edir.
Tədbir Moskvada “Qostinoy dvor”da təşkil olunub.
Bu, Putinin Federal Məclisə 18-ci müraciətidir.
***
Putin bildirib ki, Rusiya Donbass problemini sülh yolu ilə həll etmək üçün əlindən gələni edib: “Kiyev isə Donbassın problemlərini həll etməyib, sadəcə olaraq zamanla oynayıb, siyasi qətllər törədib”.
***
Rusiya Prezidentinin sözlərinə görə, Qərb ölkələri Ukrayna milli batalyonlarının zabitlərinə təlim keçib və silah-sursat verib, Kiyev isə xüsusi əməliyyatdan əvvəl Qərblə silah tədarükü ilə bağlı danışıqlar aparıb: “Qərb Donbassın problemlərini həll etmək əvəzinə insanların həyatı ilə oynadı”.
***
Putin bildirib ki, Qərb Ukraynanı böyük müharibəyə hazırlayırdı və bu gün bunu etiraf edir. Müharibəni Qərb başlatdı və biz onu dayandırmaq üçün güc tətbiq edirik. Biz öz evimizi və insanların həyatını qoruyuruq. Lakin Rusiya Qərblə konstruktiv dialoqa açıqdır və uzun illərdir birgə təhlükəsizlik sistemi üzərində işləməyi təklif edir.
***
Vladimir Putinin sözlərinə görə, Qərb Ukraynaya hərbi yardım üçün artıq 150 milyard dollar xərcləyib: “Və pul axını azalmır. Bundan əlavə “Cini şüşədən çıxaran”ın Qərb olduğunu dünyada heç kim unutmayıb”.
***
Putin bildirib ki, Ukrayna nə qədər çox uzaqmənzilli sistemlər alsa, Rusiya təhlükəni bir o qədər dəf edəcək: “Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil”.
Onun sözlərinə görə, Qərb elitası dəli olur, bu ölkələrdə milyonlarla insan mənəvi fəlakətə sürükləndiklərini başa düşür.
***
Rusiya lideri qeyd edib ki, 2024-cü ildə ölkədə prezident seçkiləri ciddi şəkildə qanuna uyğun olaraq və bütün demokratik prosedurlara riayət edilərək təşkil ediləcək.
***
Putinin müraciəti başa çatıb.
Tehsil-press.az