UNEC JEAS jurnalının növbəti sayı çapdan çıxıb

UNEC JEAS jurnalının növbəti sayı çapdan çıxıb “UNEC Journal of Engineering and Applied Sciences” (UNEC JEAS) jurnalının növbəti sayı çapdan çıxıb .
Jurnal ildə iki dəfə nəşr olunmaqla, unec-jeas.com rəsmi səhifəsi üzərindən onlayn yayımlanır. UNEC JEAS jurnalı Rəqəmsal Obyekt İdentifikatorları (DOI) üçün rəsmi qeydiyyat agentliyi olan “Crossref”in rəsmi üzvüdür və dərc olunan bütün məqalələr üçün həmin agentlik tərəfindən DOI-lər verilir.
UNEC JEAS jurnalı “Index Copernicus”, “WorldCat”, “Google Scholar”, “Eurasian Scientific Journal Index”, “Cite Factor”, “Directory of Research Journals Indexing”, “Cosmos Impact Factor” bazalarında indekslənib. Bu il fevralın 6-da “Chemical Abstracts Service” bazasına daxil edilib. 1876-cı ildə Nyu-York Universitetində yaradılan CAS Amerika Kimya Cəmiyyətinin (American Chemical Society) nəzdində fəaliyyət göstərir və hər il 50-dən çox dildə mövcud olan təxminən 8000 jurnaldan, texniki hesabatlardan, dissertasiyalardan, konfrans materialları və yeni kitablardan, eləcə də 27 ölkənin patent təşkilatlarından və s. mənbələrdən daxil olan elmi məlumatların monitorinqini həyata keçirir.

Tehsil-press.az





Oxşar xəbərlər