Azərbaycan Universitetinin elmi jurnalının yeni nömrəsi universitetin saytında yerləşdirilib

Azərbaycan Universitetinin elmi jurnalının yeni nömrəsi universitetin saytında yerləşdirilib Azərbaycan Universitetinin “İpək yolu” elmi məqalələr jurnalının 2020-ci il üçün ikinci nömrəsi elektron versiyada universitetin saytında (www.au.edu.az) yerləşdirilib.
Jurnalın bu nömrəsində iqtisad, filologiya və tarix elmlərinə aid Azərbaycan, ingilis və rus dillərində məqalələr dərc olunub.
Ciddi rəyləşdirilmiş elmi məqalələri dərc edən “İpək Yolu” jurnalının arxivini onlayn formada Azərbaycan Universitetinin saytından oxumaq mümkündür. Müəlliflər təlimata uyğun hazırlanmış məqalələri [email protected] elektron ünvanına göndərə bilərlər.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Atestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısı”na daxildir.
Bundan başqa jurnal E-library - РИНЦ (Rusiya), Academic Keys (USA), ResearchBib - Academic Resource Index (Japan), Scientific Indexing Services - SIS (USA), Directory of Research Journals Indexing (India), Advanced Science Index - ASI (Germany), Root Indexing - Journal Abstracting and Indexing Service (India), Eurasian Scientific Journal Index - ESJI (Russia), Science Library Index (Australia), JI Factor (USA) beynəlxalq indeksləmə bazalarına da daxil edilib.
2020-ci il üçün ikinci nömrəyə keçid http://au.edu.az/az/menu/523/ipekyolu-elmi-jurnali-02-2020
Jurnalın səhifəsinə keçid http://www.au.edu.az/az/menu/154/ipekyolu-jurnali-haqqinda

Tehsil-press.az


Oxşar xəbərlər