AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə ABŞ-da nəşr edilən “Siyasi elmlər və beynəlxalq münasibətlər jurnalı”nın redaksiya heyətinin üzvü seçilib.
Jurnaldan gələn dəvətə uyğun olaraq müvafiq məlumatları təqdim edən gənc alimə avqustun 24-də redaksiya heyətinin üzvlüyünə qəbul haqqında təsdiq məktubu və müvafiq sertifikat göndərilib, haqqında məlumatlar jurnalın saytına əlavə edilib.
“Siyasi elmlər və beynəlxalq münasibətlər jurnalı”nda (JPSIR) siyasi elmin ən son yeniliklərinə aid orijinal tədqiqat işləri dərc olunur. Jurnala əsasən müqayisəli siyasət, beynəlxalq münasibətlər, siyasi nəzəriyyə, dövlət idarəçiliyi, dövlət siyasəti və siyasi metodologiya istiqamətləri üzrə məqalələr qəbul edilir. Hazırda jurnalın redaksiya heyətinin ABŞ, Böyük Britaniya, Çin, Rusiya, Almaniya, Cənubi Koreya, Kanada, İspaniya, Portuqaliya, İtaliya, Türkiyə, Polşa, Bolqarıstan, Yunanıstan, Xorvatiya, Avstraliya, Malayziya, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Meksika, Braziliya və başqa ölkələrdən olmaqla 74 nəfər üzvü var. Jurnal “Academic Resource İndex”, “Eurasian Scientific Journal İndex” və “CrossRef” bazalarında indeksləşir.
Qeyd edək ki, gənc tədqiqatçı hazırda AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının elmi məsləhətçiliyi ilə siyasi elmlər doktorluğu dissertasiyası üzərində işləyir. Beynəlxalq münasibətlər üzrə Respublika Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının və AMEA-nın “Gənc tədqiqatçı” elmi jurnalının redaksiya şurasının üzvü (2019), “Avrasiya sosial və humanitar elmlər jurnalı”nın (Euroasia Journal of Social Sciences & Humanities) rəyçisidir (2020).
Tehsil-press.az