Fransada polis etirazçılara güc tətbiq edib

Fransada polis etirazçılara güc tətbiq edib Fransa polisi ölkənin cənubundakı Tarn departamentində Tuluza və Kastr şəhərləri arasında A69 avtomobil yolunun tikintisinə qarşı keçirilən nümayişdə gözyaşardıcı qazdan istifadə edib.
Yüzə yaxın etirazçı çadır şəhərciyi qurub və dəmiryol xətlərinin birində hərəkəti bağlayıb.
Jandarmlar nümayişi yatırtmaq məqsədilə gözyaşardıcı qazdan istifadə edib. Qeyd olunur ki, etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşmalar baş verir.

Tehsil-press.az



Oxşar xəbərlər