“Fransada martın 23-ü keçirilən etiraz aksiyaları zamanı asayiş qüvvələrinə qarşı da daxil olmaqla zorakılıqdan istifadə halları qeydə alınıb”.
Bu barədə Avropa Şurasının (AŞ) İnsan Hüquqları üzə komissarı Dunya Miyatoviçin Fransadakı kütləvi etiraz aksiyaları ilə bağlı yaydığı bəyanatında yer alıb.
“Lakin bu hallar dinc nümayişçilərin sərbəst toplaşmaq hüququndan məhrum edilməsinə əsas ola bilməz”, - deyə Miyatoviç qeyd edib.
O, həmçinin “nümayişçilərin və aksiyaların keçirildiyi yerlərin yaxınlığından keçən şəxslərin” əsassız olaraq saxlanılmasından və həbsindən narahatlığını ifadə edib. Onun sözlərinə görə, nümayiş barədə bildirişin olmaması sərbəst aksiyalar keçirmək hüququnun pozulmasına və bu cür aksiyalarda iştiraka görə sanksiyaların tətbiqinə haqq qazandıra bilməz.
Qeyd edək ki, martın 23-ü Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan islahata qarşı sayca 9-cu kütləvi etiraz aksiyası keçirilib. Paytaxt Paris və ölkənin digər bölgələrində baş tutan aksiyalarda 1 milyondan çox insan iştirak edib. Aksiyalar zamanı nümayişçilər və polis arasında toqquşma baş verib. Hadisə nəticəsində 400-dən çox polis əməkdaşı xəsarət alıb, təqribən 450 etirazçı saxlanılıb. Polisin gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.
Tehsil-press.az