BANM-də Atırau Neft və Qaz Universiteti ilə birgə Elmi-Tədqiqat və Təhsil Mərkəzinin yaradılması müzakirə edilib

BANM-də Atırau Neft və Qaz Universiteti ilə birgə Elmi-Tədqiqat və Təhsil Mərkəzinin yaradılması müzakirə edilib SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayellə görüşüb.
Görüşdə rektor xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin böyük tarixə malik olduğunu vurğulayıb. Elmar Qasımov səfirə BANM haqqında ətraflı məlumat verib.
Görüşdə Bakı Ali Neft Məktəbində Qazaxıstanın Atırau Neft və Qaz Universiteti ilə birgə Elmi-Tədqiqat və Təhsil Mərkəzinin yaradılması müzakirə edilib. Sonda səfirə Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər