Azərbaycanda səfərdə olan Surinam Respublikasının təhsil, elm və mədəniyyət naziri Henri Orinin rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində olub.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov kampusla tanış olan, dərs zamanı tələbələr və müəllimlərlə görüşən qonaqlara ali təhsil müəssisəsində yaradılan modern tədris şəraiti və tədqiqat mühiti ilə bağlı məlumat verib. O, görüşün reallaşdırılmasına görə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevə xüsusi təşəkkürünü bildirib.
Görüş zamanı Bakı Ali Neft Məktəbi ilə Surinamdakı Anton de Kom Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. E.Qasımov bildirib ki, tam ingilisdilli ali təhsil müəssisəsi - Bakı Ali Neft Məktəbində tədris istehsalatla inteqrasiya şəklində həyata keçirilir. Ölkədə ən yüksək keçid balı qeydə alınan ilk 5 ixtisasın 4-ü BANM-in ixtisasıdır.
Rektor Bakı Ali Neft Məktəbində surinamlı tələbələrin təhsil almasını təklif edib.
Surinam Respublikasının təhsil, elm və mədəniyyət naziri Henri Ori BANM-də yaradılan şəraiti və tədris mühitini yüksək qiymətləndirib. Surinamlı nazir bir neçə istiqamətdə Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq etmək niyyətində olduqlarını vurğulayıb. Nazir qeyd edib ki, ölkəsində hələ yeni olan neft-qaz sənayesinin inkişafında Bakı Ali Neft Məktəbi önəmli rol oynaya bilər.
Görüşdə Surinamdakı Anton de Kom Universitetində Neft-qaz mühəndisliyi ixtisasının yaradılmasında BANM-in dəstək verəcəyi vurğulayıb.
Sonra E.Qasımov Surinam Respublikasının təhsil, elm və mədəniyyət naziri Henri Oriyə “Fəxri qonaq” plaketini təqdim edib.
Tehsil-press.az