Bakı Ali Neft Məktəbi ilə Türkiyənin Kocaeli Universiteti əməkdaşlıq edəcək

Bakı Ali Neft Məktəbi ilə Türkiyənin Kocaeli Universiteti əməkdaşlıq edəcək SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) ilə Türkiyənin Kocaeli Universiteti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.
Sənədi Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Kocaeli Universitetinin rektoru Nuh Zəfər Cantürk imzalayıblar.
Razılaşmada professor-müəllim heyətinin və tələbələrin mübadiləsi, birgə tədqiqat fəaliyyətləri, seminarlarda və akademik görüşlərdə iştirak, tədris vəsaitləri və digər informasiya materiallarının mübadiləsi nəzərdə tutulur.
İmzalanmadan öncə BANM-in rektoru Elmar Qasımov ali məktəb haqqında qonaqlara ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə SOCAR-ın strukturunda yaradılmış Bakı Ali Neft Məktəbi qısa müddətdə ən nüfuzlu ali təhsil müəssisələrindən birinə çevrilib. Rektor vurğulayıb ki, ölkə üzrə ən yüksək keçid balı BANM ixtisaslarındadır. Prezident təqaüdçülərinin sayına görə də BANM birincidir. Tam ingilisdilli ali təhsil müəssisəsi - Bakı Ali Neft Məktəbində tədris istehsalatla inteqrasiya şəklində həyata keçirilir. Ölkədə ən yüksək keçid balı qeydə alınan ilk 5 ixtisasın 4-ü BANM-də tədris edilir.
Kocaeli Universitetinin rektoru rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verərək bildirib ki, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq hər iki universitet üçün faydalı olacaq.

Tehsil-press.az



Oxşar xəbərlər