Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Din araşdırmaları” jurnalının növbəti nömrəsinə məqalə qəbulu elan edir.
“Din araşdırmaları” jurnalının növbəti nömrəsində məqalə dərc etdirmək istəyənlər rəsmi internet saytında qeydiyyatdan keçib, yazılarını göndərə bilərlər. Bu nömrədə məqalələrinin dərc olunmasını arzulayan müəlliflər martın 30-dək müraciət edə bilərlər.
Jurnalın əsas məqsədi psixologiya və fəlsəfə üzrə, o cümlədən dinin tarixi, fəlsəfəsi, din sosiologiyası və din psixologiyası üzrə Azərbaycan, rus, ingilis, türk, ərəb dillərində olan müstəqil tədqiqatları məqalə və resenziya kimi dərc edərək, beynəlxalq aləmdə bu istiqamətdə məlumatların, araşdırmaların artmasına töhfə verməkdir.
Aİİ-nin “Din araşdırmaları” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə və beynəlxalq standartlara uyğun şəkildə ildə iki dəfə nəşr olunur.
Jurnalın redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan və İsveçrə kimi ölkələrdə fəaliyyət göstərən nüfuzlu alimlərdir. “Din araşdırmaları” jurnalı 2020-ci ildən AAK tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib. Gələcəkdə “Din araşdırmaları” jurnalının beynəlxalq xülasələndirmə və indeksləmə bazalarında indekslənməsi nəzərdə tutulur. Bu məqsədlə jurnalın rəsmi internet saytı fəaliyyətə başlayıb. Alimlər artıq bundan sonra məqalələrini rəsmi internet saytı vasitəsilə göndərəcək və araşdırmalarının statuslarını saytda yaratdıqları profil vasitəsilə izləyə biləcəklər.
Tehsil-press.az