Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Din araşdırmaları” jurnalının 9-cu nömrəsi nəşr olunub.
Jurnalda ölkəmizdə və dünyada din sahəsində tədqiqat aparan alimlərin məqalələri dərc edilir. İldə iki dəfə nəşr olunan jurnalın yeni nömrəsində 9 məqalə yer alıb. Din psixologiyası, təfsir, fəlsəfə, İslam hüququ, tarix və multikulturalizmə dair qələmə alınmış elmi məqalələr öz sahəsinin peşəkar və nüfuzlu tədqiqatçıları tərəfindən təqdim edilib. Jurnalda Azərbaycan, türk və ingilis dillərində məqalələr dərc olunub. Nəşrin redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan və İsveçrənin ali təhsil müəssisələrində çalışan tanınmış alimlərdir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə, həmçinin bu sahədəki beynəlxalq standartlara uyğun olaraq hazırlanıb.
İnstitut din sahəsi də daxil olmaqla, ictimai elmlərin müxtəlif istiqamətlərində monoqrafiya, dərslik, dərs vəsaiti, proqram və məqalələrin nəşrinə üstünlük verir.
“Din araşdırmaları” jurnalı 2020-ci ildən AAK tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil olunub.
Tehsil-press.az