Bakı Ali Neft Məktəbinin tələbəsi magistraturaya qəbulda birinci oldu

Bakı Ali Neft Məktəbinin tələbəsi magistraturaya qəbulda birinci oldu Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Qəhrəman Kazımlı magistraturaya qəbul imtahanlarında 88 bal toplayaraq rus bölməsi üzrə ən yüksək nəticəni göstərib.
Q.Kazımlı 2019-cu ildə Bakı Ali Neft Məktəbinə 678.7 balla qəbul olub. Prezident təqaüdçüsü olub. O, Erasmus+ mübadilə proqramı ilə III kursda 1 semestr İspaniyanın Alkala Universitetində təhsil alıb. Bu il SOCAR-ın Gənc İstedadlar Proqramına seçilib və hazırda SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində təcrübə keçir.

Tehsil-press.az


Oxşar xəbərlər