SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 12 tələbəsi “Erasmus+KA107”, həmçinin universitetlərarası mübadilə proqramları ilə 2023-2024-cü tədris ilinin yaz semestrində Almaniya, Bolqarıstan, İspaniya, Polşa və Türkiyə universitetlərində təhsil alacaq.
Onların 5-i biznesin idarə edilməsi, 2-si kompüter mühəndisliyi, 2-si proseslərin avtomatlaşdırılması mühəndisliyi, 2-si neft-qaz mühəndisliyi, 1-i isə kimya mühəndisliyi ixtisası üzrə təhsil alan III və IV kurs tələbələridir.
BANM tələbələrinin 4-ü Almaniyanın Şmalkalden Tətbiqi Elmlər Universiteti, 2-si İspaniyanın A Koruna, 2-si Bolqarıstanın Angel Kançev adına Ruse Universiteti, 2-si Türkiyənin İstanbul Texniki Universiteti, 1-i Orta Doğu Texniki Universiteti, 1-i isə Polşanın AGH Elm və Texnologiya Universitetində bir semestr təhsilini davam etdirəcək.
Bununla bağlı Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tələbələrlə və onların valideynləri ilə görüşüb. Tələbələrə uğurlar arzulayan rektor onların təhsil alacaqları universitetlərdə Azərbaycanı, BANM-i yüksək səviyyədə təmsil edəcəklərinə əmin olduğunu bildirib.
Tehsil-press.az