Emin Əmrullayevin arxiv fotosu

Emin Əmrullayevin arxiv fotosu Elm və Təhsil naziri Emin Əmrullayevin arxiv fotosu yayılıb.
Dövlət rəsmisinin şəkili 11 il əvvəl çıxış etdiyi konfranslardan birində lentə alınıb.
Nazir həmin vaxtlar özəl təhsil müəssisəsinin keyfiyyətə nəzarət üzrə direktor müavini çalışıb.
2013-cü ildə TEDxBakı konfransı zamanı çəkilən fotoda Elm və Təhsil nazirinin 31 yaşı olub.
Xatırladaq ki, Emin Əmrullayev 1982-ci il dekabrın 30-da Bakıda anadan olub.
1999–2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində təhsil alıb, 2003-cü ildə bu ali təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirib.
Prezidenti İlham Əliyevin 27 iyul 2020-ci il tarixli sərəncamı ilə Emin Əmrullayev Azərbaycan Respublikasının təhsil naziri təyin edilib.

Tehsil-press.az


Oxşar xəbərlər