Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2024-cü il üzrə diferensial əməkhaqqı sisteminin nəticələri açıqlanıb.
Strateji planlaşdırma şöbəsi Keyfiyyət təminatı və monitorinq mərkəzi ilə birgə müəllimlərin obyektiv və şəffaf meyarlar əsasında qiymətləndirilməsini həyata keçirib. Qiymətləndirmə iki kateqoriya (A və B) üzrə aparılıb. Pedaqoji heyətin xidməti fəaliyyəti komissiya tərəfindən elm və tədris istiqamətləri üzrə qiymətləndirilib.
Daxili qiymətləndirməyə bu il 37 müəllim qoşulub. Onlardan 26 müəllim qalib olub. A kateqoriyası üzrə qiymətləndirilən müəllimlərin əməkhaqlarına 300 manat, B kateqoriyası üzrə qiymətləndirilən müəllimlərin əməkhaqlarına isə 200 manat əlavə olunub.
Ötən il ilə müqayisədə diferensial əməkhaqqı sisteminə akademik heyətin müraciəti bu il daha yüksək olub.
Sistemin tətbiqində əsas məqsəd akademik heyətin əməkhaqlarını diferensiallaşdırmaqla onların elmi-pedaqoji fəaliyyətini universitetin inkişaf hədəfləri istiqamətində stimullaşdırmaqdır.
Tehsil-press.az