UNEC-də diferensial əməkhaqqı sisteminin nəticələri açıqlanacaq

UNEC-də diferensial əməkhaqqı sisteminin nəticələri açıqlanacaq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) diferensial əməkhaqqı sisteminin 2020-2021-ci tədris ili üzrə nəticələrinə dair canlı yayım təşkil olunacaq.
Rektorun müşaviri dosent Elşən Bağırzadə canlı yayımda reytinq cədvəli barədə professor-müəllim heyətini maraqlandıran sualları cavablandıracaq.
Canlı yayım sentyabrın 22-də saat 15-də UNEC-in rəsmi feysbuk səhifəsi üzərindən aparılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər