UNEC-in inzibati heyətinin xidməti fəaliyyətində diferensial əməkhaqqı sistemi tətbiq olunacaq

UNEC-in inzibati heyətinin xidməti fəaliyyətində diferensial əməkhaqqı sistemi tətbiq olunacaq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi şurasının qərarı ilə “Azərbaycan Dövlət İqtisad Universitetində inzibati heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan diferensial əməkhaqqı sisteminin tətbiqi haqqında” qaydalar təsdiqlənib.
Qaydaların tətbiqinin məqsədi UNEC-in inzibati heyətinin xidməti fəaliyyətini obyektiv kriteriyalar əsasında qiymətləndirərək əməkhaqlarını diferensiallaşdırmaq, inzibati proseslərin keyfiyyətini və səmərəliliyini artırmaq, eləcə də inzibati heyətin fəaliyyətinin universitetin inkişaf hədəfləri istiqamətində stimullaşdırılmasını gücləndirməkdir.
Xidməti fəaliyyətin qiymətləndirilməsi nəticəsində formalaşan reytinq siyahısına əsasən inzibati heyətə sertifikatlar təqdim olunacaq. Növbəti illərdən isə əməkdaşların vəzifə maaşlarına əlavələrin edilməsi nəzərdə tutulur.
Universitetin inzibati heyətini qaydalarla tanış etmək məqsədilə inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov və İnsan resursları şöbəsinin müdiri Nizami Qəhrəmanovun iştirakı ilə bütün fakültə, mərkəz, departament, şöbə və digər strukturlarda çalışan inzibati heyətlə maarifləndirici görüşlər keçirilir.

Tehsil-press.az


Oxşar xəbərlər