Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə professor-müəllim heyəti üçün daxili qiymətləndirmə sisteminə dair məlumatlandırma günü keçirilib. Tədbirdə universitetin strateji inkişaf üzrə prorektoru Ülkər Səttarova, dekanlar və kafedra müdirləri iştirak ediblər.
Daxili qiymətləndirmə sistemi haqqında təqdimatla çıxış edən Strateji planlaşdırma şöbəsinin əməkdaşı Nigar Həsənova seçim zamanı üstünlük verilən xüsusi məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, fəaliyyətlərində obyektivlik prinsipinin əsas tutulduğunu, seçimlərin şəffaf və ədalətli keçirildiyini vurğulayıb.
Təkliflər və suallar üzərində qurulmuş məlumatlandırma günü fikir mübadiləsi ilə davam edib.
Tehsil-press.az