Gürcüstanda yoxsulluq səviyyəsi 15,3 faizə enib

Gürcüstanda yoxsulluq səviyyəsi 15,3 faizə enib Ötən ilin dördüncü rübündə Gürcüstanda işsizlik səviyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz azalaraq 15,3 faiz təşkil edib.
2023-cü ilin son üç ayında muzdla işləyənlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 74,3 min nəfər (8,4 faiz) artaraq 958,4 min nəfərə çatıb.
Gürcüstanda kişilər arasında işsizlik nisbəti ənənəvi olaraq qadınlardan daha yüksəkdir. Həmin göstərici qadınlar arasında 0,3 faiz, kişilər arasında isə 1,0 faiz azalaraq müvafiq olaraq 13,5 faiz və 16,8 faiz təşkil edib.

Tehsil-press.az




Oxşar xəbərlər