Avrozonada işsizlik səviyyəsi 6,4 faizə enib

Avrozonada işsizlik səviyyəsi 6,4 faizə enib Avrozonada işsizlik səviyyəsi avqust ayında 6,4 faizə enib.
Avropa Statistika Bürosunun (Eurostat) məlumatına görə, avqustda Avrozonada işsizlərin ümumi sayı 10 milyon 856 min nəfər olub. Yaşı 25-dən aşağı olan işsizlərin sayı 2 milyon 194 min nəfər, gənclər arasında işsizlik səviyyəsi 13,8 faiz təşkil edib.
Avropa İttifaqında isə işsizlik səviyyəsi 5,9 faiz, işsizlərin sayı 12 milyon 837 min nəfər, 25 yaşdan aşağı işsizlərin sayı 2 milyon 687 min nəfər, gənclər arasında işsizlik səviyyəsi isə 14 faiz olub.
Cari ilin iyulunda işsizlik səviyyəsi Avrozonada 6,5 faiz, Aİ-də 6 faiz, ötən ilin avqust ayında isə müvafiq olaraq 6,7 faiz və 6,1 faiz idi.
Qeyd edək ki, İtaliyada işsizlik səviyyəsi bu ilin avqustda 7,3 faiz təşkil edib.

Tehsil-press.az


Oxşar xəbərlər