Rusiyada “Təhsil haqqında” Qanuna dəyişikliklər təklif edilib. Rusiya Dövlət Duması orta məktəblərdə dərs zamanı mobil telefondan istifadə qadağasını ehtiva edən dəyişikliyi (fövqəladə hallar istisna olmaqla) ikinci oxunuşda qəbul edib. Eyni zamanda, daha bir dəyişikliklə əmək dərsləri məcburi fənn kimi məktəblərə qaytarılıb.
Sözügedən təklif və qısa zamanda qanuna dəyişikliklərin qəbul edilməsi həm pedaqoqlar, həm də valideynlər tərəfindən sosial şəbəkələrdə müzakirə edilib. Bunun doğru addım olduğunu hesab edənlərlə yanaşı, əksini düşünənlər də az deyil.
Bu yaxınlarda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev təhsil haqqında qanunvericiliyə məktəblərdə dərs zamanı mobil telefondan istifadənin qadağan edilməsini ehtiva edən dəyişikliyi imzalayıb. Bildirilib ki, qısamüddətli tədris planında tələb olunmadığı təqdirdə tələbələrə dərs zamanı mobil telefondan istifadə etməyə icazə verilməyəcək.
Sənəddə, həmçinin, uşaqların birinci sinfə imtahansız qəbulu, uşaq bağçalarında yerlərin ayrılmasında vahid prioritetin təmin edilməsi, təhsil təşkilatlarında zorakılığa, intihara sövq edən, dini xarakterli məlumatların yayılmasının qarşısının alınması üçün tədbirlərin görülməsi də nəzərdə tutulur.
Son zamanlar təhsil müəssisələrində, eləcə də yaxınlığında məktəblilərin neqativ davranışlarının mobil telefonlar vasitəsilə qeydə alınıb ictimailəşdirildiyinin şahidi oluruq. Bu da öz növbəsində, şagirdlərin nəzarətsiz qaldıqlarına, eləcə də tədris prosesindən daha çox, kənar işlərə maraq göstərdiklərinə işarədir.
Bəs Azərbaycanda necə, məktəblərdə tədris prosesi çərçivəsində mobil telefonlardan istifadə qanunla qadağan edilə bilərmi? Bu cür dəyişiklik təhsilin səviyyəsinə nə kimi təsir göstərə bilər?
Məsələ ilə bağlı danışan təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, ölkəmizin təhsil müəssisələri elektron resurslardan istifadəyə görə dünyanın bir sıra aparıcı ölkələri ilə müqayisədə geridə qalır. Məktəb ərazisində telefondan istifadəyə gəlincə isə, bu, Avropanın beş dövləti və ABŞ-nin 13 ştatında qadağandır.
Ekspertin sözlərinə görə, hər bir orta məktəb şagirdi tədris ilində minimum 11 fənn oxuyur, onların kitablarını əldə edir. Halbuki, sosial şəbəkələrdə qeydiyyatdan keçən şagirdlərin sayı faydalı elektron resurslardan, dərsliklərdən istifadə edənlərdən qat-qat çoxdur:
“Ona görə orta ümumtəhsil müəssisələrində yaşanan bəzi xoşagəlməz hadisələr də telefonun gətirdiyi nəticələrdir. Bütün bunları nəzərə alaraq, orta məktəblərdə mobil telefon istifadəsinin qadağan olunması məqsədəuyğundur. Əlbəttə ki, orta məktəb şagirdinə mobil telefon yalnız valideynləri ilə əlaqə saxlamaq üçün vacibdir. Yəni məktəbə daxil olması, məktəbdən çıxması barədə valideyninə operativ məlumat verir. Amma bunun üçün təklif edirəm ki, orta məktəblərin girişində turniketlər quraşdırılsın. Əl izi, yaxud hansısa vasitə ilə şagirdlərin məktəbə daxil olması həyata keçirilsə, valideynlər də bundan xəbərdar olarlar.
Həmçinin, məktəblərin girişində böyük şkaflar yerləşdirib, hər bir şagirdə nömrə vermək, dərs vaxtı elektron vasitələrini, mobil telefonlarını orada saxlamaq üçün şərait yaratmaq olar. Qanunvericilik aktlarına uyğun olaraq, deyə bilərəm ki, məktəbin daxili nizam-intizamının təmin olunmasına birbaşa məsuliyyət daşıyan məktəb rəhbəri şagirdlərin məktəbdə telefondan istifadəsi məsələsinin tənzimlənməsi ilə bağlı bu və ya digər qərarı verməkdə müstəqildir. Qüvvədə olan qanunvericiliyə görə, təhsil müəssisələrində zərurət olduğu təqdirdə, yalnız araşdırma və hər hansı müvafiq tədqiqat aparmaq məqsədilə mobil texnologiyalardan - mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər.
Elektron vasitələr, mobil telefonlar şagirdlərin diqqətinin dərsdən yayınmasına gətirib çıxarır. Ona görə hətta müəllimlərin belə, mobil telefonla dərsə daxil olmasını məhdudlaşdırmaq lazımdır. Çünki dərs zamanı müəllimə zəng gəlir, o, bayıra çıxdıqda dərsin gedişatı pozulur.
Ümumiyyətlə, tədris prosesini pozan vasitələrin orta məktəblərdə səmərəsiz istifadəsinə yol vermək olmaz. Amma elektron lövhələr, dərs izah etmək üçün cihazlar, tədris prosesində faydalı məlumatlar almaq üçün işlədilən vasitələr məktəblərdə ola bilər. Sadəcə, elektron dərsliklər istifadə olunmadığına görə orta məktəblərdə mobil telefon qadağasını gündəmə gətirmək doğru olar.
Dünya ölkələrində də bundan istifadə olunur. Belə ki, Fransa parlamenti ölkədə cari tədris ilində 15 yaşından aşağı olan şagirdlərə məktəb ərazisində telefondan istifadəni qadağan edib. Həmçinin, Avropanın daha dörd dövləti və ABŞ-nin 13 ştatında məktəb ərazisində telefondan istifadə qadağan edilib. Hesab edirəm ki, ölkəmizdə belə bir qadağanın tətbiq olunması yalnız təhsilin keyfiyyətinə müsbət təsir edə bilər. Orta ümumtəhsil müəssisələrində mobil rabitə vasitələrinin istifadəsinin qadağan olunması təhsilin keyfiyyətinə kömək edəcək”.
Tehsil-press.az