Rektor universitetdə yeni fəaliyyətə başlayan kafedranı ziyarət edib - Fotolar

Rektor universitetdə yeni fəaliyyətə başlayan kafedranı ziyarət edib - Fotolar Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli universitetdə yeni fəaliyyətə başlayan Ortodontiya kafedrasını ziyarət edib.

Rektor G.Gəraybəyli ATU-nun Tədris Stomatoloji Klinikasında yerləşən bu kafedranın əməkdaşları və rezident həkimlərlə görüşüb, kafedrada tədris üçün yaradılmış şəraitlə tanış olub, dərs prosesinin gedişini izləyib.

Rektor Klinika və kafedra rəhbərliyi ilə görüşdə bu yeniliyin ortodontiya sahəsində ətraflı tədqiqat aparmaq istəyən gənclər üçün yeni imkanlar yaradacağından əmin olduğunu bildirib və onlara uğurlar diləyib. O, kafedrada yaradılmış şəraiti yüksək qiymətləndirərək müvafiq tövsiyə və tapşırıqlarını da verib.

Ortodontiya kafedrasının müdiri, dosent Ramidə Şadlinskaya hazırda 12 rezidentin klinik və tədqiqat proqramlarında iştirak etdiyini söyləyib. Rezidentlər üçün həm kafedranın əməkdaşları tərəfindən, həm də dəvət olunan mütəxəssislər tərəfindən mütəmadi mühazirə saatlarının təşkil olunduğunu vurğulayıb.

ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru Mahir Səfərov yeni kafedranın yüksək standartlara uyğun tədris prosesinin təşkili üçün zəruri olan avadanlıqlarla tam təchiz olunduğunu, burada peşəkar professor-müəllim heyətinin fəaliyyət göstərdiyini vurğulayıb.

Qeyd edək ki, ortodontiya stomatologiyanın diş-çənə anomaliyalarının etiologiyasını, patogenezini, diaqnostikası və müalicə üsullarının xüsusiyyətlərini öyrənən bir sahəsidir. Ötən əsrin 70-ci illərinə kimi ölkəmizdə ortodontiya fənni tədris olunmayıb.

Rektor universitetdə yeni fəaliyyətə başlayan kafedranı ziyarət edib - Fotolar
Rektor universitetdə yeni fəaliyyətə başlayan kafedranı ziyarət edib - Fotolar
Rektor universitetdə yeni fəaliyyətə başlayan kafedranı ziyarət edib - Fotolar


Tehsil-press.az


Oxşar xəbərlər