Bu məktəbdə direktor 8 Martla bağlı qadağa qoydu

Bu məktəbdə direktor 8 Martla bağlı qadağa qoydu Azərbaycanda orta məktəblərdən birində məktəb direktoru 8 Martla bağlı valideyn və müəllimlərə xəbərdarlıq edib.

Sosial şəbəkələrdə paylaşılan xəbərdarlıqda buna yol verən şəxslər barədə ciddi tədbir görüləcəyi bildirilib:

"Məktəbdə müxtəlif adlar altında müəllimlər və valideyn komitələri tərəfindən müəyyən vəsaitlərin toplanması cəhdləri olarsa, bu kimi neqativ halların yolverilməz olduğunu diqqətə çatdırırıq. Xüsusilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə hər hansı bir vəsait toplayan və ya buna cəhd edən şəxslər barəsində ciddi tədbir görüləcəkdir. Bu kimi hallar ölkəmizin təhsil siyasətinə, məktəbin, müəllimlərin nüfuzuna kölgə salır, xoşagəlməz söz-söhbət və narazılıqlar yaradaraq qanuna zidd əməllərə gətirib çıxardır. Bu cür hallarla rastlaşdığınızda aşağıdakı telefon nömrələrinə zəng vuraraq məlümat verməyinizi sizdən xahiş edirik" - elanda deyilir.

Xəbərdarlığın sonunda həm şəhər telefonu, həm də direktorun mobil nömrəsi qeyd edilib.

Araşdırmamız zamanı məlum oldu ki, elanı yazan şəxs Abşeron rayonunda yerləşən Mehdiabad qəsəbə 1 nömrəli tam orta məktəbin direktoru Pənah Babayevdir.

Tehsil-press.az

Oxşar xəbərlər