Ermənistan şəhidimizin meyitini qaytarmağa razılaşdı

Ermənistan şəhidimizin meyitini qaytarmağa razılaşdı Ermənistan tərəfi beynəlxalq vasitəçilərin təşəbbüsünü rədd edərək Azərbaycan hərbi qulluqçusunun meyitini geri qaytarmaqdan imtina edib.

Tehsil-press.az xəbər verir ki, bunu APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildiriblər.
“Aprelin 16-na keçən gecə qoşunların təmas xəttində Azərbaycan hərbi qulluqçusunun meyitinin tapılması barədə erməni tərəfinin rəsmi məlumatından sonra, meyitin geri qaytarılması prosesinin həyata keçirilməsi məqsədilə tərəfimizdən müvafiq prosedurların icrasına başlanılıb”. Komissiyadan agentliyə verilən açıqlamada belə deyilib.
Məlumatın dəqiqliyinin təsdiq edilməsi məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə qarşı tərəflə əlaqə saxlanılması üçün müraciət edilib. Hər iki beynəlxalq qurum qarşı tərəfdəki əlaqələndiriciləri vasitəsilə məsələni tam aydınlaşdıraraq, həqiqətən də meyitin erməni tərəfinin əlində olması faktın təsdiqləyiblər.
Komissiyadan onu da qeyd ediblər ki, aparılan danışıqlardan sonra tərəflər aprelin 17-də saat 10.30-da Ağdam rayonu ərazisindəki qoşunların təmas xəttində hərbi qulluqçunun meyitinin təhvil alınması prosedurunun həyata keçirilməsinə razılaşıblar.
Bu məqsədlə, aprelin 16-da gündüz saatlarında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT nümayəndələri əvvəlcədən razılaşdırılaraq müəyyən edilmiş məntəqəyə gəliblər. Lakin aprelin 16-da saat 22.30 radələrində erməni tərəfi vasitəçilərlə əlaqə saxlayaraq özlərinin səhv etdiyini, meyitin Azərbaycan hərbi qulluqçusuna aid olmadığını və təhvil prosesinin keçirilməyəcəyini bildiriblər.
“Beynəlxalq humanitar hüquq normalarını riyakarcasına pozan Ermənistan tərəfi növbəti dəfə nüfuzlu beynəlxalq təşkilatları da aldatdığını, onlara qarşı saymazyanalıq nümayiş etdirdiyini, döyüş meydanında həlak olmuş hərbi qulluqçuların nəşinə belə hörmətsizliklə yanaşaraq qeyri-insani münasibət göstərdiyini və çirkin niyyətlərinin alətinə çevirdiyini bir daha nümayiş etdirdi” deyə Dövlət Komissiyasından bildirilib.
Ermənistan aprelin 16-da gecə yarısı döyüş bölgəsində aşkarlanan Azərbaycan hərbçisinin meyitini qaytarmağa razılıq verib.
Musavat.com bu barədə erməni mətbuatına istinadən xəbər verir. Ancaq diqqətçəkən budur ki, ciddi-cəhdlə Qarabağdakı separatçı rejimi danışıqlar masası arxasında oturtmağa çalışan düşmən ölkənin mətbuatı razılığın Dağlıq Qarabağın “müdafiə nazirliyi” tərəfindən verildiyi barədə xəbər yayıb. Dağlıq Qarabağın “müdafiə nazirliyinin mətbuat xidməti”nə istinadən bildirilir ki, artıq Azərbaycan tərəfinə həlak olmuş hərbçinin meyitinin götürülməsi üçün icazə verilib. Həmçinin vurğulanır ki, tanınma Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə aparıla bilər.

tehsil-press.az

Oxşar xəbərlər