Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ-Türkiyə strateji mexanizm toplantısı üçün Vaşinqtona gedib.
İki ölkənin nümayəndə heyətlərinə Fidan və ABŞ dövlət katibi Entoni Blinkenin sədrlik edəcək toplantı sabaha keçiriləcək.
Britaniyanın “Röyter” agentliyinə danışan yüksək rütbəli ABŞ rəsmisi planlaşdırılan müzakirələrlə bağlı deyib: Bu, illər ərzində əldə etdiyimiz ən yetkin və müsbət strateji dialoq olacaq”.
Hakan Fidanın həmçinin ABŞ prezidentinin müşaviri Ceyk Sallivan və bəzi Konqres üzvləri ilə görüşü və beyin mərkəzlərinin tədbirlərinə qatılacağı gözlənilir.
Məlumata görə, Fidanın gündəmə gətirəcəyi mövzular arasında F-16 prosesini irəliləyişi, F-35 proqramında müvafiq prosedurların tamamlanması və CAATSA (Sanksiyalar Yoluyla Amerikanın Düşmənlərinə Qarşı Mübarizə Aktı) sanksiyalarından çıxarılma və birgə müdafiə sənayesi layihələrini inkişaf etdirmək üçün məhdudiyyətlərin aradan qaldırılması tələbləri var.
“Röyter” Suriya böhranı və ABŞ ilə Türkiyə arasında fikir ayrılıqlarının da müzakirə olunacağını bildirib. Agentlik Ankaranın ABŞ-dən PKK terror təşkilatına dəstəyi dayandırmasını istəyəcəyini, amma Vaşinqtonun bununla razılaşmayacağını vurğulayıb.
Türkiyə mətbuatı Hakan Fidanın Azərbaycan-Ermənistan sülh prosesini də amerikalı həmkarı ilə müzakirə edəcəyini yazır.
Tehsil-press.az