Avropada Quran təhqir edilir: İsveç və Danimarkada vəziyyət təhlükəlidir

Avropada Quran təhqir edilir: İsveç və Danimarkada vəziyyət təhlükəlidir Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçi Quranın yandırılmasının qarşısını almaq üçün konkret addımlar atmağa çağırıb.
Bu barədə “Reuters” Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb. Mənbənin məlumatına görə, Fidan telefon danışığında isveçli həmkarı Tobias Billströmə bildirib ki, ifadə azadlığı adı altında bu cür “iyrənc əməllərin” davam etdirilməsi yolverilməzdir. Onlar həmçinin İsveçin NATO-ya üzv olmaq ərizəsini müzakirə ediblər.
Son həftələr İsveç və Danimarkada Quran nüsxələrinin zədələnməsi və ya yandırılması ilə bağlı bir neçə etiraz aksiyası keçirilib və bu, müsəlmanlar arasında hiddət doğurub. İsveçin baş naziri Ulf Kristersson bu gün, iyulun 30-da bildirib ki, danimarkalı həmkarı Mette Frederiksen ilə danışıqlar zamanı vəziyyətin təhlükəli olması barədə razılığa gəliblər.

Tehsil-press.az


Oxşar xəbərlər