Tokayev Füzulidə rəsmi açılışda iştirak edəcək

Tokayev Füzulidə rəsmi açılışda iştirak edəcək Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin rəsmi açılışı baş tutacaq.

Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən öncə APA və “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

“2022-ci ilin avqust ayında Bakıya səfərimdə Qazaxıstan xalqının Azərbaycana hədiyyəsi olaraq Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikiləcəyini elan etdim. Mənim budəfəki səfər proqramımda həmin Mərkəzin rəsmi açılışı nəzərdə tutulur.

Şübhəsiz ki, bu müəssisə ölkələrimiz və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcək”, - Tokayev qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər