Göyçay Rayon Mərkəzi Xəstəxanası cərimələnir

Göyçay Rayon Mərkəzi Xəstəxanası cərimələnir "Göyçay Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs barəsində inzibati protokol tərtib edilib.

Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 538.1-ci (Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən yazılıb.

İş Göyçay Rayon Məhkəməsinin hakimi İbrahim Fəttahovun icraatındadır. Baxış iclası martın 15-də keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər