Valideynlərin çoxu övladlarını özəl məktəblərə göndərməyə üstünlük verirlər. Bu da dövlət məktəblərinə gedən şagirdlərin sayının azalmasına səbəb olur.
Bəs dövlət və özəl məktəblər arasında nə kimi fərq var?
Mövzu ilə bağlı danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, ümumiyyətlə özəl məktəblərin kurikulumlarının hər birinin vahid məqsədi var.
“Məqsəd uşaqlarda tənqidi düşüncə və kommunikasiya bacarığını inkişaf etdirmək və formalaşdırmaqdır. Məktəblərdə kurikulumun dizaynı məktəbin seçdiyi beynəlxalq proqramların prinsiplərindən asılı olaraq dəyişir. Əksər özəl məktəblərin ünsiyyət və tədris dili ingilis dilidir. Özəl məktəblərdə şagirdlərin rus dilini seçmək şansları da olur. Beləliklə, uşaq məktəbi bitirmədən 3 dilə sərbəst şəkildə yiyələnmiş olur. Valideynlərin övladlarını özəl məktəblərə qoymaqda əsas məqsədi uşaqların erkən yaşlarda dil bacarıqlarına yiyələnməsidir. Özəl məktəblərdə uşaqların individual və fərdi maraqları nəzərə alınır. Tədris prosesi də həmin maraqların üzərində qurulur. Dövlət məktəblərində isə bundan fərqli olaraq dərs proqramları və eləcə də qiymətləndirmələr bütün uşaqlar üçün eynidir.
Dövlət məktəblərində fərdi yanaşmadan söhbət gedə bilməz. Lakin özəl məktəblərdə zəif qavrayan uşağın standartları ilə tez öyrənən uşaqların standartları fərqləndirilir.
Bu zaman həmin uşaqlara qarşı müxtəlif öyrənmə standartlarından istifadə edilir. Bir çox özəl məktəblərdə dərs günündən sonra ekstra-kurikular fəaliyyətlər təşkil olunur və uşaqlar həmin fəaliyyətlərə cəlb olunurlar. Bu fəaliyyət növlərinə rəsm, masaüstü oyunlar, şahmat, üzgüçülük daxildir. Beləliklə uşaqlar rahatlıqla öz maraqlarını kəşf edə bilirlər”.
Ekspert qeyd edib ki, dərs ilinin əvvəlində şagirdləri məktəb psixoloqları ilə tanış edirlər.
“Psixoloqlar, adətən, peşəkar şəxslər arasından seçilir və bir nəfər olmur. Şagirdlər rahatlıqla psixoloqa müraciət edə bilir və hər hansı problemləri ilə bağlı kömək istəyə bilirlər. Dövlət məktəblərində yalnız nəzəri biliklər öyrədilir. Lakin özəl məktəblərdə uşaqlara nəzəri biliklərlə yanaşı, analiz etmək qabiliyyəti də aşılanır. Özəl məktəblərdə şagirdlərə qurulan şərait heç bir dövlət məktəbində qurulmur. Özəl məktəblərin demək olar ki, hamısının internetə çıxışı var. Sinif otağında elektron cihazların, tabletlərin və komputerlərin istifadəsinə icazə verilir. Uşaqlar informasiyanı tək müəllimdən deyil, özləri də rahatlıqla araşdırıb tapa bilirlər”./sfera.az/
Tehsil-press.az