Özəl məktəblərin rəhbərləri ilə görüş keçirilib

Özəl məktəblərin rəhbərləri ilə görüş keçirilib Elm və Təhsil Nazirliyində özəl və digər qurumlara tabe olan ümumi təhsil müəssisələrinin icraçı direktorları, direktor müavinləri və əməkdaşları ilə görüş keçirilib.
Görüşdə uşaqların ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi, müsabiqə, yarış, olimpiadalar, eləcə də qiymətləndirmə layihələrində özəl və digər qurumların tabeliyindəki müəssisələrin iştirakının təşviq edilməsi, həmin müəssisələrə verilmiş lisenziyanın tələblərinə uyğun təhsilin təşkili barədə söhbət aparılıb. Bununla yanaşı, özəl təhsil müəssisələrinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı nazirliyin mövqeyi də müzakirə edilib.
Görüşdə gündəlikdə olan digər məsələlər barədə də danışılıb.
Daha sonra müəssisələrin nümayəndələri tərəfindən suallar cavablandırılıb və təkliflər dinlənilib.

Tehsil-press.az


Oxşar xəbərlər