“Özəl sektor gənclərə sosial yardım etmək istəyir və bu sponsorluq adlandırılır deyə dərhal vergi məsələsi ortaya çıxır”.
Bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin iclasında deputat Elnur Allahverdiyev deyib.
O qeyd edib ki, buna görə də özəl sektor tərəddüd edir: “Bu, normaldır. Həm sosial yardım edir, həm də DSMF-yə vergi ödəyir. Bu, məntiqsiz məqamdır. Təklif edərdim ki, özəl sektor etdiyi yardımın ən azından DSMF-sini ödəməsinlər” .
E.Allahverdiyev təklif edib ki, idman sahəsində sponsorluq edən özəl şirkətlərə həmin məbləğ qədər vergilərdə hansısa güzəşt olunsun: “Bu, özəl sektorun, gənclərin, idmanın inkişafında aktiv iştirak etməsinə şərait yaradacaq”.
Tehsil-press.az