“Naxçıvan” aeroportu AZAL-ın tabeliyinə verildi

“Naxçıvan” aeroportu AZAL-ın tabeliyinə verildi “Naxçıvan” Beynəlxalq Hava Limanı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib.

Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində olan “Naxçıvan” Beynəlxalq Hava Limanı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidir.

Tehsil-press.az

Oxşar xəbərlər