Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakıya səfəri planlaşdırılır.
Tehsil-press.az xəbər verir ki, səfər 25-27 aprel tarixlərində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində baş tutacaq. Ərdoğanın Bakıya gələcəyi xəbəri “səfəri əngəlləmək üçün yeni addım atıla bilərmi?” sualını gündəmə gətirir. Çünki bu il ərzində iki dəfə belə bir addım atılıb və hər ikisində səfər təxirə salınıb.
Birinci səfər: Bu ilin fevralın 18-də Türkiyə liderinin Azərbaycana səfəri nəzərdə tutulurdu. Görüş paytaxt Bakıda deyil, Gəncədə keçiriləcək və bununla türk dünyasının əsas iki lideri tarixi mesajlar verəcəkdi. Lakin Ərdoğanın Gəncə səfərinə təbiət imkan vermədi. Hər-halda rəsmi məlumatda görüş yerinin Gəncədən Bakıya dəyişdirilməsi havanın dumanlı olması, buna görə də türk liderin təyyarəsinin enə bilməməsi ilə əlaqələndirilmişdi. Amma Ərdoğan Bakıya da gələ bilmədi. Səbəb fevralın 17-də Ankarada törədilən dəhşətli terror aktı idi. Ərdoğan terrora görə Bakıya gələ bilmədi. Təxminən bir ay sonra – martın 15-də Ərdoğanın baş tutmayan Bakı səfəri yenidən gündəmə gəldi.
İkinci səfər: Səfərin tarixindən iki gün öncə - martın 13-də Ankarada ikinci dəfə terror aktı törədildi. Əvvəlcə Türkiyə liderinin səfər proqramının dəyişmədiyi açıqlandı, amma sonradan səfər yenə təxirə salındı.
Üçüncü səfər və gözləntilər
Hər iki baş tutmayan səfər bir ay intervalla nəzərdə tutulurdu. İndi də təxminən bir aydan sonra Ərdoğanın Bakı səfəri planlaşdırılır. Baş verənlər növbəti dəfə səfərin təxirə salınmasına səbəb olacaq hadisələrin baş verə biləcəyi məsələsini gündəmə gətirir. Bu, mütləq şəkildə terror olmaya bilər. Çünki hər iki təxirə salınan səfərin analizi deməyə əsas verir ki, hədəf terror törətmək yox, səfərin təxirə salınması olub. Bu baxımdan əngəl yaratmaq üçün müxtəlif üsullara əl atılması ehtimalı az da olsa ön plana keçir.
Politoloq Natiq Miri Publika.az-a açıqlamasında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı hər-hansı təxribatın törədiləcəyini düşünmür: “Çünki Ərdoğanın Bakıya gəlişi Qarabağda yenidən savaşın başlanması ilə əlaqələndirilirdi. Bu yöndə Rusiya mediasında çox ciddi ictimai fikir yaradılırdı. Ardınca Türkiyədə terror aktları törədilirdi və bu terrorlar adi terrorçuların etdiyinə yox, daha çox kəşfiyyat yardımı ilə həyata keçirilən aktlara bənzəyirdi”.
N. Miri qeyd edib ki, artıq Qarabağda gözlənilən toqquşma baş verib.
“Düşünmürəm ki, Ərdoğanın növbəti səfərində hansısa ciddi hadisələr baş versin. Digər tərəfdən, bu rəsmi dövlət səfəri deyil. Sadəcə beynəlxalq forumda iştirak üçündür. Bu baxımdan, belə gözləntilər mənasızdır”, - deyə politoloq qeyd edib.
tehsil-press.az