Quru sərhədlərlə bağlı yenilik olacaq? - Baş nazir açıqladı

Quru sərhədlərlə bağlı yenilik olacaq? - Baş nazir açıqladı “Əvvəla onu deyim ki, 2023-cü ildə ölkə sərhədləri heç bir səbəb olmadan qanunsuz olaraq bağlı saxlanılıb. Ötən il ÜDM-in həcmində 1,1 faiz artım olub, Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə görə, dünya üzrə bu, 3,1 olub”.

Bu fikirləri deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında bildirib.

Onun sözlərinə görə, adambaşına düşən ÜDM-in həcmi 0,5 faiz artıb, bu da Avropa ölkələrindən 8-10 dəfə azdır: “Əgər ciddi islahatlara getməsək, imtiyazlardan imtina etməsək, iqtisadiyyata hökumətin nəzarətinə son qoyulmasa, bu artım tempi ilə Avropa yaşam standartları xalqımız üçün əbədi olaraq xəyal kimi qalacaq”.

Baş nazir Əli Əsədov əlavə edib ki, 2020-ci ilin 31 mart tarixindən başlayaraq Azərbaycanın quru sərhədləri bağlıdır: “Mən buna imza atmışam. Bu, qanunauyğun olaraq baş nazir kimi səlahiyyətimdir”.

O bildirib ki, 2021-ci ildə quru sərhədləri bağlı olsa da, ÜDM-in artımı 5,6 faiz, 2022-ci ildə 5,7 faiz artıb. 2024-cü il üçün iqtisadi artım proqnozumuz 2,6 faizdir: “Deputatlardan kimsə artım tempinin 1,1 faiz olduğunu dedi. Bu, elə 1,1 faizdir, 1-in altında deyil. Demirəm ki, bu, idealdır. Mən olanı deyirəm”.

Tehsil-press.az

Oxşar xəbərlər