Çinin ümumi daxili məhsulu 5,2 faiz artıb

Çinin ümumi daxili məhsulu 5,2 faiz artıb Çində 2023-cü ildə ümumi daxili məhsul (ÜDM) əvvəlki illə müqayisədə 5,2 faiz artaraq, 126,06 trilyon yuana (təxminən 17,71 trilyon ABŞ dolları) çatıb.
Bu barədə Çinin Dövlət Statistika Bürosu açıqlama yayıb. Ötən ilin 4-cü rübündə də ÜDM artımı 5,2 faiz olub. Büro Çin iqtisadiyyatının 2023-cü ildə xarici təzyiqlərə və daxili çətinliklərə dözərək bərpa dinamikası nümayiş etdirdiyini bildirib.
Qeyd edək ki, Çin hökuməti 2023-cü il üçün ÜDM-in artımını 5 faiz civarında hədəfləmişdi. Bəzi xarici ekspertlər isə bu hədəfə çatmağın çətin olduğunu düşünürdülər. COVID-19 pandemiyası ilə əlaqədar sərt qadağa və məhdudiyyətlərin tətbiq olunduğu 2022-ci ildə Çində ÜDM artım 3 faiz təşkil etmişdi.

Tehsil-press.az


Oxşar xəbərlər