Almaniya əhalisi ötən il mühacir axını səbəbindən 1,3 faiz artıb

Almaniya əhalisi ötən il mühacir axını səbəbindən 1,3 faiz artıb Almaniyada 2022-ci ilin sonunda rekord sayda - 84,4 milyon əhali qeydə alınıb.
Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatına görə, ötən il ərzində ölkə əhalisi 1,122 milyon nəfər (1,3 faiz) artıb. 2021-ci ildə isə artım 82 min nəfər (0,1 faiz) olub.
Əhalinin say artımının əsas səbəbi mühacir axını olub. Ötən il təmiz miqrasiya (ölkəyə daxil olan və ölkədən gedən mühacirlərin sayı arasındakı fərq) 1,455 min nəfər, 2021-ci ildə isə 329 min nəfər təşkil edib. Bu artım ilk növbədə ukraynalı qaçqınların hesabına baş verib.
Statistikaya görə, əvvəlki illərdə olduğu kimi, Almaniyada ölənlərin sayı doğulanların sayını üstələyir. Bu fərq 2022-ci ildə 327 min, 2021-ci ildə isə 228 min nəfər olub.

Tehsil-press.az



Oxşar xəbərlər