Türkiyənin vasitəçiliyi ilə onlar azad oluna bilər - Köçəryan

Türkiyənin vasitəçiliyi ilə onlar azad oluna bilər - Köçəryan Türkiyənin Ermənistan-Azərbaycan münasibətlərinə müsbət təsir göstərməsi üçün çox münasib məqamdır.

Bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının sədri, hakim Mülki Müqavilə Partiyasından olan deputat Andranik Köçəryan deyib.

“Atılacaq addımlar təkcə bağlı sərhədlərin açılmasından ibarət olmamalıdır. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xoş niyyəti olaraq Azərbaycanda olan əsirlərimiz Türkiyənin vasitəçiliyi ilə azad oluna bilər. Bu, həm də münasibətlərin normallaşması istiqamətində humanitar addımlardan biri sayılar”, - Köçaryan bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər